DİGƏR

Bugünkü ay tutulmasına Azərbaycandan baxmaq olacaq?

Bu gün - noyabrın 8-də tam Ay tutulması olacaq. Bu hadisə 2022-ci ilin ikinci ay tutulmasıdır.

Ay 85 dəqiqə ərzində Yerin kölgəsində qalacaq və bu da onun qırmızı görünməsinə səbəb olacaq. Buna görə də bu fenomen “Qanlı Ay” adlanır.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, budəfəki tutulma Asiya, Avstraliya, Sakit Okean və Amerikadan görünəcək.

Ay tutulması Bakı vaxtı ilə gündüz saatlarına təsadüf edəcəyindən, Azərbaycanda onu müşahidə etmək mümkün olmayacaq.
 

Loading...

Oxşar Xəbərlər