İDMAN

“Qarabağ”ın təxirə salınmış oyununa hakim təyinatları

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” görüşünün təyinatları açıqlanıb.

32gun.az Peşəkar Futbol Liqasının saytına istinadən məlumat verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüşü Tural Qurbanov idarə edəcək.

Ona laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaqlar.

Qarşılaşmanın 4-cü hakimi Vüqar Həsənli təyin edilib.

Matçın VAR hakimləri də məlumdur. Belə ki, Nicat İsmayıllı əsas videoköməkçi olacaqsa, Eyyub İbrahimov ona yardım edəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 9-da saat 14:30-da start götürəcək.

Azərbaycan Premyer Liqası
III turdan təxirə salınmış oyun
9 noyabr (çərşənbə)

14:30. “Turan Tovuz” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
Tovuz şəhər stadionu

Loading...

Oxşar Xəbərlər