DÜNYA 20 XƏBƏR

Cinayətkar təşkilatının lideri görün harada ələ keçirildi (FOTO)

Avstraliya polisi tərəfindən ən çox axtarılanlar siyahısında yer alan Məsud Zəkəriyyə saxlanılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, M.Zəkəriyyə 2021-ci ildə adam öldürməyə cəhd, cinayət təşkilatına üzvlük və narkotik ticarəti ittihamları ilə axtarışa verilib.

Barəsində həbs qərarı çıxarılan Zəkəriyyə Türkiyədə ələ keçirilib. O, İstanbul polisinin Bodrumda keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Qeyd edək ki, hazırda ölkədən deportasiya edilməsi ilə bağlı Avstraliya hökuməti ilə danışıqlar aparılır.

Nurlan

Loading...

Oxşar Xəbərlər