SOSIAL 20 XƏBƏR

Azərbaycanda bir milyonluq məşhur şirkət məhkəməlik oldu

"Polisan-Azərbaycan" MMC barəsində protokol tərtib edilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, İXM-nin 198.2-ci maddəsi (Siyasi, Sosial Və Əmək Hüquqlari Əleyhinə Olan Inzibati Xətalar) ilə protokol Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunub.

Bildirək ki, nizamnamə kapitalı 1000600 AZN olan şirkətin qanuni təmsilçisi, Əliyev Şəhriyar Adil oğludur. 26.10.2004-cü ildə qeydiyyata alınan şirkətin hüquqi ünvanı Bakı Şəhəri, Nərimanov Rayonu, 2095-2096-cı məhəllə, ev 507-ci küçədir.

Qeyd edək ki, "Polisan-Azərbaycan" MMC Türkiyənin məşhur "Polisan Holding" şirkətinə məxsusdur.

Ayxan

Loading...

Oxşar Xəbərlər