İDMAN

Azərbaycan millisinin türkiyəli baş məşqçisinə Yunanıstanda hörmətsizlik edildi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligilə Yunanıstanda hörmətsizlik edilib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, PAOK klubu azarkeşlərin təzyiqinə görə 42 yaşlı mütəxəssisin müqaviləsinə xitam verib.

Buna Güneyligilin şəxsi instaqram hesabından Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə bağlı paylaşımlar etməsi səbəb olub.

Qeyd edək ki, PAOK iyunun 10-da türkiyəli baş məşqçi ilə anlaşdığını açıqlamışdı. Ataman Güneyligil 15 avqust 3 sentyabr tarixləri arasında Belçika, İtaliya, Estoniya və İtaliyada gerçəkləşəcək Avropa çempionatında Azərbaycan millisinin sükanı arxasında olacaq. Azərbaycan Voleybol Federasiyası mütəxəssislə üç aylıq müqavilə imzalayıb.

Loading...

Oxşar Xəbərlər