İDMAN

“Qarabağ” 2 milyon avroya yaxın xərc çəkdi – Yeni legioner üçün

“Qarabağ” yay fasiləsində ikinci legioner transferini açıqlayıb.

Bunadək “Zirə”dən fransalı vinger Hamidu Keytanı sıralarına qatan Ağdam klubu bu dəfə Juninyonun keçidini elan edib.

27 yaşlı hücumameyilli oyunçu Portuqaliyadan - “Çaves”dən alınıb.

Braziliyalı daha əvvəl ölkəsinin "Atletiko Paranaense", "Portimonense", "Villa Nova" komandalarında, həmçinin Portuqaliya "Eştoril"ində çıxış edib. Vinger "Çaveş"in heyətində 76 oyuna 12 qol vurub.

Azərbaycan çempionu bu jkeçid üçün “Çaveş”ə 450 min avro təzminat ödəyib. Üçillik kontrakta imza atan “sambaçı”nın özü isə bu müddətdə 1,5 milyon avrodan çox pul qazanacaq. SPORTİNFO.AZ

Loading...

Oxşar Xəbərlər