SOSIAL

Deputatdan 15 yaşında narkoman olan Rafiqə cavab - Geniş şəbəkə

"Orta məktəblərdə narkomaniya ilə bağlı maarifləndirmə işləri aparılır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov 15 yaşında narkoman olan Rafiqin orta məktəblərdə narkomaniyaya qarşı maarifləndirmə işlərinin aparılmaması ilə bağlı ittihamına açıqlama verərkən deyib.

Onun sözlərinə görə, istər Təhsil Nazirliyi, istərsə də bununla bağlı ayrı-ayrı dövlət qurumları məşğuldur:

"Ayrıca bir komissiya var, maarifləndirmə işləri ilə məşğuldur. Tamamilə söyləmək ki, heç bir maarifləndirmə işi aparılmır, bununla razı deyiləm. Sadəcə, bu, çox geniş bir şəbəkədir. Burada böyük maliyyə vəsaitinin dövriyyəsindən söhbət gedir. Ona görə də dövlət qurumları ilə yanaşı, həmin bu şəbəkə davamlı olaraq gəncləri zəhərləmək üçün bütün imkanları ilə çalışır”.

Deputat hesab edir ki, bu istiqamətdə maarifləndirmə işlərini daha da gücləndirməli və genişləndirməliyik:

"Bu, son illər ciddi bir bəlaya çevrilib, daha çox gəncimiz zərərli vərdişlə zəhərlənib. Bu gün görürük ki, narkomaniya cəmiyyətdə daha ciddi, güclü bir problemə çevrilib. Hesab edirəm ki, orta və ali məktəblərdə, ictimai yerlərdə, rayonlarda, kəndlərdə, klublarda bu istiqamətdə aparılan təbliğat daha da gücləndirilməlidir. Mövcud imkanlar çərçivəsində gəncləri qorumalıyıq”.

Loading...

Oxşar Xəbərlər