SOSIAL 20 XƏBƏR

Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?

Ağstafa rayon Dağ Kəsəmən kəndinin bələdiyyə  sədri işdən azad olunduqdan sonra sözügedən post Solmaz Nağıyevaya həvalə  olunub.

32gun.az-a daxil olan məlumata görə, bununla da Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Solmaz Nağıyeva hazırda iki məsul  işi icra etməkdədir.

Ağstafa rayon Dağ Kəsəmən kəndində  bələdiyyə sədri vəzifəsi və eyni zamanda da Mərkəzləşmiş kitabxana sisteminin direktoru vəzifəsini icra edir. 

Maraqlıdır ki, Dağ Kəsəmən kənd bələdiyyə sədri müəyyən  ittihamlarla öz vəzifəsindən uzaqlaşdırılandan sonra həmin vəzifəyə rayonda deyəsən alternativ tapılmayıb.

Diqüət çəkən məqam isə  sabiq bələdiyyə sədrinilə Solmaz xanımın qohumluq əlaqələrinin olmasıdır.

Redaksiyamıza daxil olan məlumatda  iddia olunur ki, kənd sakinləri Solmaz Nağıyevadan arayış almaq üçün  onu ya Ağstafa MKS-də ya da ki, Regional  idarədə axtarmalı olurlar. Saatlarla qapı qarşıdında növbə gözləməli olurlar. 

Ağsatafa sakinləri iş tapmaqda çətinlik çəkir, Solmaz  Nağıyeva isə 2 işi eyni zamanda icra edir.  

Əlavə olaraq saytımıza verilən məlumatda iddia olunur ki, Solmaz Nağıyeva qızı Fəridə Xudiyevanı  Qazax  Mərkəzləşmiş Kitabxana Sisteminə direktor vəzifəsinə təyin etdirib. Eyni işi ana Ağstafada qızı isə Qazaxda icra edir. 
Yəqin buna mədəniyyət dilində "ailə ansamblı" deyilir. Axı onlar mədəniyyət sahəsində çalışır.

Görəsən bütün bunlardan Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin yeni rəisi Nail Məmmədov xəbərdardırmı?
Belə anlaşılır ki, Solmaz Nağıyevanın  əsas işi bələdiyyə sədri kimi  arayış verib, torpaq satmaq, daha sonra MKS-nin işini görməkdir. Belə anlamaq olar ki, kitabxanada da nə iş Sakinlər tərəfindən qapısı açıla bilməyən Ağstafa Rayon MKS-də direktora da ehtiyac yoxdur.
Xatırladaq ki, Qazax rayon icra başçısının birinci müavini Məmməd Alıyevin öz doğma bacısı oğlu Kamil Eyyubovun iki vəzifədə işləməsi  barədə xəbər vermişdik.

Ayxan 

Loading...

Oxşar Xəbərlər