İDMAN 20 XƏBƏR

Tehranda Ronaldoya görə izdiham: Sonuncu məşq ləğv olundu

Kristiano Ronaldo ilə Səudiyyə Ərəbistanının "Əl-Nassr" komandası sabah Persopolisdə keçiriləcək Asiya Çempionlar Liqasının qrup matçı üçün bu gün günorta saatlarında İranın paytaxtı Tehrana gəlib.

32gun.az xəbər verir ki, Portuqaliyalı ulduz futbolçunu yaxından görmək üçün azarkeşlər izdihsm yaradıb.

Belə ki, azarkeşlər hərəkətdə olan komanda avtobusunun ardınca kilometrlərlə qaçan iranlı futbolsevərlər otelə gedən yollar bağlı olduğundan məşhur futbolçunu görmək üçün müxtəlif yollara, o cümlədən yamaclara qalxmağa çalışıblar. 
"Əl-Nassr" futbol azarkeşlərinin alqışları ilə onlar üçün ayrılmış otelə yola düşüb və Persepolis matçı öncəsi son məşq ləğv olunub. Tehranlı futbolsevərlər Çölə çıxmayan Ronaldonu görmədən ərazini tərk edib.
Ayxan

Loading...

Oxşar Xəbərlər