DİGƏR

Ən xəyanətkar bürclər bunlar imiş - VİDEO

Təbii ki, xəyanət etmək və sadiq olmaq kimi keyfiyyətlər bürcdən çox xarakterdən asılı olan məsələlərdir. 

Ancaq bu gün təqdim edilən 4 bürc astrologiyada digər bürclərə nisbətən daha çox aldadan bürc kimi tanınırlar. 

Ən çox xəyanət edən 4 bürcü təqdim edirik:

Əkizlər bürcü - Əkizlər bürcünün insanları diqqət çəkməyi, sosial olmağı və qaynayıb-qarışmağı çox sevirlər. Həmçinin daima yenilik axtarışında olurlar. Bu bürcün kişilərinin adətən araşdıran, məlumatlı qadınlardan və yeni nələrsə öyrənə biləcəyi qadınlardan xoşları gəlir. Xəyanət etməsələr belə olduqları məkanda bütün qadınların diqqət mərkəzində olmağı çox bəyənirlər. 

Oxatan bürcü - Oxatanlar öz azadlıqlarına çox düşkün olduqları üçün bir balaca azadlıqlarını məhdudlaşdırdığınız an axtardıqları rahatlığı tapmaq üçün necə deyərlər başqa limanlara yelkən açmaq istəyirlər. Bu bürcün insanları da olduqları sosial ortamda öz enerjiləri ilə seçilir və asanlıqla diqqəti üstlərinə çəkməyi bacarırlar. 

Tərəzi bürcü - Tərəzi bürcünün insanlarının təkliklə heç araları yoxdur. Və flört etməyi çox sevirlər. Rahatlarına çox düşkündürlər və münasibətdə hüzur axtarırlar. Hüzur tapmadıqları yerdə başqa yerlərə yönələ bilirlər. Tərəziləri tək görmək imkansızdır. Çünki bir tərəzi üçün tək qalmaq faciədir. Qərarsızlıqlarına görə də evlənmə mövzularında adətən çətinlik çəkirlər.

Dolça bürcü - Ən sonda isə Dolçaları qeyd etməsək olmaz. Hətta bu bürcün adını çəkəndə bir çox həmcinslərimi vahimə bürüyür. Münasibətə başlayanda hərşey əla olur. Hətta yumor anlayışları ilə fərqlənirlər. Çox isti münasibət saxlayıb bir anda soyuya bilirlər. Əslində bu onların hər xırda detala fikir verməsi ilə bağlıdır. Dolçalar çox mükəmməl insan olurlar. Bəlkə ondan yaxşısı, bəlkə bundan yaxşısı var deyə-deyə əllərində olanı da itirirlər. Bu xüsusiyyətlərinə görə də bir insanda qala bilmirlər. Sevmədikləri bir şeyi gördükləri an münasibəti kəsib ata bilirlər və Dolçalar da ən az oxatanlar qədər azadlıqlarına düşkündür və ən xırda məhdudlaşdırmada ürküb uzaqlaşırlar.

Ətraflı videosüjetdə:

Loading...

Oxşar Xəbərlər