DİGƏR

Kişilərdə neçə sm qarın normal sayılır?

Kişilərin qatili onların önə çıxan qarınları hesab edilə bilər.

Ürək-damar problemlərinin səbəblərindən başlıcası qarın piylənməsidir.

Uroloq Qebriye Mark qarının təhlükəli ölçüsünü açıqlayıb.

" Piylənmə ömrü orta hesabla on il qısaldır. 60 yaşdan sonra itirilən hər əlavə 3 kiloqram ömrün azı 2-3 il uzanmasını təmin edə bilər.


Həkimin qeyd etdiyi kimi, elmi araşdırmalar artıq çəki ilə bütün təhlükəli xəstəliklər arasında əlaqəni təsdiqləyir.

Kişilər üçün bel və qarın dairəsi 94 sm-dən çox artıq problemdir, 102 sm-dən çox böyük problemlər deməkdir.

Beli 102-dən çox olanlarda aşağıdakı xəstəlik və pozulmalar yaranır.

- Şəkər xəstəliyi

- yüksək təzyiq

- damar tıxanması

- Cinsi problemlər;

- oynaq iltihabı

- mədə-bağırsaq xərçəngi

-sonsuzluq

- Prostat və böyrək xərçəngi

-Damar genişlənməsi, varikoz

Böyük Britaniyanın Milli Sağlamlıq İnstitutunun məlumatına görə, bel çevrəsinin insanın boyunun ölçüsünün yarısından çox olması sağlamlıq riskinin daha böyük olduğunu göstərir. Kişinin boyu 170 sm-dirsə, beli 80 sm-dən, 180 sm 90 sm-dən çox olmamalıdır. "Medicina"
 

Loading...

Oxşar Xəbərlər