EKONOMİKS 20 XƏBƏR

Nazir 50 gün öncə yaranan şirkəti tenderdə qalib etdi

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Naxcıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən texnoloji avadanlıqların satınalması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az xəbər verir ki, tenderin qalibi "Smart Master" MMC olub. Tərəflər arasında 47.999,57 AZN-lik müqavilə imzalanacağı gözlənilir.

Bildirək ki, nizamanmə kapitalı 10 AZN olan "Smart Master" MMC 21.09.2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçsisi Rövnəq Qasımov Afət oğludur. 

Xatırladaq ki,  Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilovdur.

Ayxan

Loading...

Oxşar Xəbərlər