DİGƏR

Nostradamusun 2024-cü il üçün DƏHŞƏTLİ proqnozları

Fransız astroloq Nostradamusun 2024-cü il üçün proqnozları dərc olunub. 

"32gun.az" xəbər verir ki, Adolf Hitlerdən Con Kennedinin öldürülməsinə, 11 sentyabr hücumlarına və keçmişdə COVİD-19 epidemiyasına dair proqnozlar verdiyi bildirilən Nostradamusun gələn il üçün gözləntiləri diqqət çəkib. 

Bu barədə Nostradamusun kəhanətlərini araşdıran Mario Reading məlumat yayıb. Onun dərc etdiyi sənədlərdə dünyada gələn il üçün də müharibə olacağı bildirilib. 

Digər tərəfdən, 2024-cü ildə diqqət yetirilməsi lazım olan bölgələrdən biri də Asiya olub. Nostradamusun “Qırmızı düşmənlər qorxudan solğunlaşacaq, Sakit Okeanda təhlükə yaranacaq” ifadəsi sənəddə yer alıb. Bu kəhanətdə Çinin “qırmızı düşmən” olaraq göstərildiyi iddia edilərkən, Çinin dənizdə döyüşə girə biləcəyi bildirilib. Son zamanlar Çin və Tayvan arasında gərginlik davam etsə də, Çinin dünyanın ən böyük donanmalarından birinə sahib olduğu da diqqət çəkib.

Nostradamusun ən qorxulu kəhanətlərindən biri də qlobal iqlim böhranı ilə dünyanın yeni mərhələyə keçəcəyidir.

"Dünya tədricən quruyacaq və biz böyük daşqınlar görəcəyik. Aclıq və quraqlıq baş verəcək", - məlumatda deyilir. 

Nostradamus, həmçinin katolik dünyasının 2024-cü ildə yeni Papa seçəcəyini təklif edib. Sənədlərdə "Qoca Papanın ölümündən sonra yeni və gənc Romalı seçiləcək. Onu zəif görsələr də, uzun müddət vəzifədə qalacaq" .

Bu sənədi təhlil edən ekspertlər bildiriblər ki, son vaxtlar səhhətində ciddi problemlərdən əziyyət çəkən 86 yaşlı Papa Fransiskin yerinə yeni Papa seçiləcək. Unikal

Loading...

Oxşar Xəbərlər