İDMAN

Bu gün Xankəndidə "Qarabağ" - MOİK oyunu keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

"32gun.az" xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+5-ci dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 “Sabah”la üz-üzə gələcək.

***

15:11

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” - MOİK matçında ikinci hissə başlayıb.

"32gun.az" xəbər verir ki, birinci hissədə hesab açılmayıb.

***

14:51

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.

"32gun.az" xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşmada komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda 39-cu dəqiqədə zədələnərək Patrik Andrade ilə əvəzlənib.

***

14:00

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında oyun başlayıb.

"32gun.az" xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma saat 14:00-da start götürüb. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxıblar. Daha sonra Dövlət Himni səsləndirilib. Ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçıdır. Cütün qalibi 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq.

 

***

09:28

Bu gün Xankəndi şəhərində 35 ildən sonra tarixi oyun baş tutacaq. 

"32gun.az" xəbər verir ki, Ağdamın "Qarabağ" komandası Xankəndi stadionunda MOİK-lə üz-üzə gələcək.

Qarşılaşma saat 13:00-da başlayacaq və AzTV-də canlı yayımlanacaq. 

Matçın qalibi 1/4 finalda "Sabah"la qarşılaşacaq. 

Loading...

Oxşar Xəbərlər