İDMAN 20 XƏBƏR

Futbolçunun evi partlayanda qucağında uşaqla çölə qaçıbmış (ŞOK GÖRÜNTÜLƏR)

Müxbir İvan Karpov sosial şəbəkələrdə “Zenit”in futbolçusu Denis Adamovun evində baş verən partlayışın videosunu yayıb. 
32gun.az bildirir ki, görüntülərdən aydın olur ki, həmin an evdə o, həyat yoldaşı və yeddi aylıq oğlu olub.

Qapıçının mənzili qapısız və pəncərəsiz qalıb. Videoda Adamovun partlayışdan sonra girişdən qaçdığını görmək olar. Eyni zamanda qucağında bir uşaq da olub. Karpovun sözlərinə görə, qapıçının mənzili sığortalanmayıb, çünki o, ailəsi ilə evə təzəcə köçüb. 
Partlayışdan sonra idmançının icarəyə götürdüyü avtomobilə ciddi ziyan dəyib.

O müvəqqəti mənzillə təmin edilib.

Ayxan 

 

Loading...

Oxşar Xəbərlər