İDMAN 20 XƏBƏR

Rusiyanın aparıcı ralli pilotu Bolqarıstan uğrunda yarışacaq

Dünya Ralli Çempionatında WRC-2 sinfində iştirak edən rusiyalı pilot Nikolay Qryazin Bolqarıstan bayrağı altında yarışacaq.

32gun.qz xəbər verir ki, bu barədə dekabrın 27-də Sportal.bg saytına müsahibəsində Bolqarıstan Avtomobil Federasiyasının rəhbəri Plamen İvanov bildirib .

İvanov qeyd edib:

"Son şey Rusiya Avtomobil Federasiyasından Qryazinin Bolqarıstan lisenziyası ilə yarışması üçün icazə almasıdır”.
Qryazinin Bolqarıstanda tam vətəndaşlığa verilməsi məsələsi hələ də həllini tapmayıb. Onun ortağı Konstantin Aleksandrovun böyük ehtimalla Latviya lisenziyası ilə yarışacağı bildirilir. Ekipaj WRC-2 sinfində Citroën Sport komandasını təmsil edəcək.

Xatırladaq ki, 2022-ci ildən Qryazin neytral idmançı kimi yarışır, lakin bəzi ölkələrin Rusiya idmançılarına tətbiq etdiyi məhdudiyyətlər, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) icazəsi olsa da, onun bütün yarışlarda iştirakına mane olub.
Bu səbəbdən o, Estoniyada keçirilən yarışın iki mərhələsini buraxmalı olub.

2023-cü ildə Almaniyanın "Toksport" komandasının heyətində çıxış edən Qryazin WRC-2 yarışlarında dörd dəfə podiuma yüksəlib və ümumi sürücülərin hesabında dördüncü yeri tutub.

Ayxan 

Loading...

Oxşar Xəbərlər