EKONOMİKS 20 XƏBƏR

Muxtar Babayevin vəzifə verdiyi Elxan Baxışov bu şirkəti tenderdə qalib etdi - Vergi borcu var

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat idarəsi  Maşın və avadanlıqların satın alınmasına görə "Minor Electronics" ilə tender müqaviləsi imzalayıb.

32gun.az-ın məlumatına görə, qalib şirkətlə ETSN-nin Nəqliyyat İdarəsinin arasında bağlanan müqavilənin məbləği 43 min 683 manatdır.

Tenderə əsasən adıkeçən idarə Printer, noutbuk, rəngli printer, Kompyuter, soyuducu, Kondisoner və.s ilə təmin edilməlidir.

Əldə etdiyimiz məlunata görə, "Minor Electronics"in hazırda dövlətə vergi borcu var. Borc 2939.63 AZN-dir.

Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru isə Elxan Baxışovdur. O bu vəzifəyə nazirin əmri ilə 2022-ci ilin iyununda təyin olunub. 

Ayxan

Loading...

Oxşar Xəbərlər