İDMAN 20 XƏBƏR

Putin Həbibə 20 milyon dollar dəyərində ev verib

Ultimate Fighting Championship-in (UFC) rəhbəri Dana Uayt “Games With Names ” YouTube kanalında rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun 2018-ci ildə irlandiyalı Konor Makqreqor üzərində qələbəsinin nəticələrindən danışıb .

32gun.az xəvər verir ki, UFC rəhbəri Putinin Həbibə verdiyi hədiyyədən də danışıb:

“ Putin Həbibə və atasına Rusiyada  20 milyon dollar dəyərində daşınmaz əmlak verib . Sonra Nurməhəmmədov müsəlman ölkələrinə getdi və istədiyi hər şeyi aldı - maşınlar, pullar, idman zalları. Həbib bu şöhrət səviyyəsinə çatanda onunla Konor Makqreqorla danışan kimi danışdıq”, - Uayt deyib.

Xatırladaq ki, Makqreqor və Həbib arasında döyüş 2018-ci ilin payızında baş tutub. Nurməhəmmədov üçün bu, UFC çempionluq kəmərinin ilk müdafiəsi olub. H.Nurməhəmmədov dördüncü raundda boğularaq qalib gəlib.

Həbib MMA-da 29 döyüş keçirib və onların hər birində qalib gəlib. O, son döyüşünü 2020-ci ilin payızında amerikalı Justin Gaethje-ni məğlub edərək keçirdi . Döyüşdən dərhal sonra o, anasına atasız döyüşməyəcəyinə söz verdiyini izah edərək, peşəkar karyerasını tərk etdiyini açıqlayıb.

Xatıtladaq ki, bundan öncə Uayt Həbibi bütün zamanların ən yaxşı döyüşçüsü hesab etməkdən imtina edirdi. 

Ayxan 

Loading...

Oxşar Xəbərlər