İDMAN 20 XƏBƏR

UFC döyüşçünü təhqir edən miqrant Rusiyadan qovulacaq

Çelyabinsk məhkəməsi  UFC döyüşçüsü İrina Alekseyevanı təhqir edən miqrantı cərimələyərək Rusiya Federasiyasından çıxarmaq qərarına gəlib.

32gun.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi region üzrə məlumat yayıb .

İdarədən verilən məlumata görə, Traktorozavodski Rayon Məhkəməsinin qərarı ilə 24 yaşlı əcnəbi Rusiya Federasiyasına giriş qaydalarını və ya olma rejimini pozmaqda təqsirli bilinib. Ona inzibati cərimə kəsilib və onun ölkədən çıxarılmasına qərar verilib.

Hadisə Çelyabinskdə baş verib . Qız və rəfiqəsi yüngül idman paltarında velosiped sürərkən əcnəbi onların qabağını kəsərək “donuzlar” adlandırıb. Çempion etiraz etməyə çalışsa da, kişi mübahisə etməyə və Alekseyevanı təhqir etməyə davam edib. Daha sonra əcnəbi üzr istəyib.

Alekseevanın sözlərinə görə, əcnəbinin üzr istəməsi qeyri-səmimi olub. O , məmurlara onun deportasiya edilməsini istədiyini deyib .
Ayxan

Loading...

Oxşar Xəbərlər