İDMAN 20 XƏBƏR

“Rusiyada futbolun səviyyəsinin Serbiyadan aşağıdır”

Serbiyalı futbolçu, Moskva "Spartak"ının keçmiş müdafiəçisi Marko Petkoviç etiraf edib ki, Serbiyada futbolun səviyyəsi  hazırda Rusiyadan yüksəkdir  .
32gun.az xəbər verir ki, onun açıqlamasını "Sport Express" yayıb .

“Rusiyada futbolla bağlı belə bir problem var. Bu, oyunun səviyyəsində də özünü göstərdi. Dərhal əcnəbilərlə problemlər başladı. Düşünürəm ki, vəziyyət normallaşanda hər şey yaxşı olacaq”, - Petkoviç bildirib.

Qeyd edək ki, Petkoviç 2017-ci ilin yayından 2019-cu ilin yanvarına kimi "Spartak"da çıxış edib. Qırmızı-ağ komandanın tərkibində 16 oyun keçirib və Rusiya Superkubokunu qazanıb. Hazırda o, Serbiyanın Radniçki Niş klubunun oyunçusudur.

RPL-də mövsümün yenidən başlamasından sonra ilk oyunda “Spartak” Sankt-Peterburqda “Zenit”lə qarşılaşacaq. Oyun martın 2-də baş tutacaq və Moskva vaxtı ilə saat 19.30-da başlayacaq.

Rusiya çempionatının 18 turundan sonra turnir cədvəlinə 38 xalla "Krasnodar" başçılıq edir. “Zenit” 2 xalla ikinci yerdədir. İlk üçlüyü Moskva “Dinamo”su (32 xal) tamamlayır. “Spartak” (30) beşinci yerdədir.
Ayxan

Loading...

Oxşar Xəbərlər