İDMAN 20 XƏBƏR

İspan futbolçu Tolstoyun yaradıcılığına heyran olub

"Xetafe"nin futbolçusu Xayme Mata Lev Tolstoyun "Müharibə və Sülh" romanını oxuduqdan sonra aldığı təəssüratlardan danışıb .

32gub.az bildirir ki, osözlərini Okko Sport yayıb .

"Bir neçə il əvvəl “Müharibə və Sülh”ü oxudum, roman məndə böyük təəssürat yaratdı. Bu çox ciddi işdir. O, 19-cu əsrin konkret bir dövrünün hadisələrini mükəmməl təsvir edir və tarixlə çox maraqlandığım üçün tarixi roman janrı mənə yaxındır. Ona görə də sadəcə bu romanı oxumalı oldum. Mən çox həzz aldım" deyə Mata bildirib.

Qeyd edək ki, Mata 2018-ci ildən "Xetafe"də çıxış edir. Bu mövsüm hücumçu La Liqada 23 oyun keçirib və 3 qol vurub. Onun komandası 26 oyundan sonra turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Mata əvvəllər də "Jirona" və "Real Valyadolid"in rənglərini qoruyub. Onun İspaniya millisində bir oyunu var . O, 2019-cu ildə debüt və yeganə oyununu keçirib.
Ayxan

Loading...

Oxşar Xəbərlər