İDMAN 20 XƏBƏR

“Spartak”lı futbolçu Avropaya getmək istədiyini açıqlayıb

Moskvanın "Spartak" klubunun yarımmüdafiəçisi Ruslan Litvinov özünü Avropanın ən yaxşı çempionatında sınamaq istədiyini bildirib. 
32gun.az bildirir ki, futbolçunun açıqlamasını "Sports.ru" yayıb .

"Yüksək liqaların fərqli futbol səviyyəsi var - əlbəttə ki, mən bunu sınamaq istəyirəm.

Düşünürəm ki, oyunçularımızın getməsi  Rusiya üçün müsbət haldır , uğur qazandıqda insanlar özləri ilə qürur duyurlar, oyunçuların daha sürətli inkişafı sayəsində milli komanda güclənir” -deyə Litvinov bildirib.

22 yaşlı yarımmüdafiəçi başqa ölkədə onu gözləyən çətinlikləri, o cümlədən xarici klubda yeni tərəfdaşlara uyğunlaşmaq zərurətini yaxşı bildiyini vurğulayıb. Lakin o, hesab edir ki, bu, peşəkar futbolçunu dayandırmamalıdır.

Litvinov qeyd edib ki, Aleksandr Qolovin (Fransa "Monako"sunda oynayır), Aleksey Mirançuk (İtalyan "Atalanta"), Arsen Zaxaryan (İspaniya "Real Sosyedad"ı) və Daler Kuzyaev (Fransa Le Havr) üçün çox xoşbəxtdir. 

"Spartak"ın futbolçusu güclü Avropa çempionatına keçid naminə maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılaşacağını qeyd edib.

“Yüksək liqadan təklif gələrsə, maaş üçün mübarizə aparmağın mənasını görmürəm. Mənim cəmi 22 yaşım var, bütün həyatımı futbola həsr etmişəm - pul tələblərinə görə mümkün şansı geri çevirmək axmaqlıqdır. Orta kluba az maaşla getsən, özünü orada sübut et, daha yaxşı təkliflər alacaqsan”, - Litvinov bildirib.

Eyni zamanda yarımmüdafiəçi doğma klubundan yalnız rəhbərlik Avropa komandasının onun üçün təklif etdiyi məbləğdən razı qalacağı təqdirdə gedəcəyini vurğulayıb. Litvinov onu da qeyd edib ki, ayrılmadan əvvəl "Spartak"ın tərkibində Rusiya çempionu olmaq istəyir.

Litvinovun "ağ-qırmızılılar"la hazırkı müqaviləsi 2026-cı ilin may ayına qədərdir.
Ayxan 

Loading...

Oxşar Xəbərlər