İDMAN 20 XƏBƏR

“Spartak” stadionunda matçların keçirilməsinə icazə verilib

Moskva “Spartak”ı Rusiya kubokunda RPL yolunun 1/4 final mərhələsinin cavab oyununu doğma “Lukoyl Arena”da “Orenburq”la keçirəcək. 
32gun.az xəbər verir ki, bu barədə Rusiya Premyer Liqasının (RPL) mətbuat xidməti məlumat yayıb.

“ RFU Sahə Qəbul Komissiyası martın 14-də “Spartak” və “Orenburq” komandaları arasında keçiriləcək oyun üçün “Lukoyl Arena” stadionunda futbol meydançasının hazır olması ilə bağlı yekun qərarı verib.

Fevralın 29-da məlum olub ki, RPL komissiyası Rusiya çempionatının 20-ci turunda “Fakel Voronej”lə oyunun “Lukoyl Arena” meydançasına keçirilməsinə icazə verməyib. Görüş martın 10-da baş tutacaq. “Qırmızı-ağlar” oyunu “Lujniki”də keçirəcək. Klub qazonun zədələnməsini istilik sistemində baş verən qəza ilə izah edib.

“Spartak” – “Orenburq” matçı martın 14-də keçiriləcək. Komandaların start fiti Moskva vaxtı ilə saat 18.00-da çalınacaq. İlk görüşdə paytaxt təmsilçisi 0:1 hesabı ilə məğlub olub.

RPL-də "qırmızı-ağlar" 31 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Çempionatın bərpasından sonra ilk oyunda Gilyermo Abaskalın komandası Sankt-Peterburqda "Zenit"lə bərabərə qalıb (0:0).

Ayxan

Loading...

Oxşar Xəbərlər