DİGƏR

Baş verə biləcək qəzalara qarşı diqqətli olmalısınız - BÜRCLƏR

Astroloqlar 18 mart 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Bu gün evdə qalmaq və evdə vaxt keçirmək istəsəniz belə, tədbir görməli olduğunuz məsələlərlə qarşılaşacaqsınız. Bu gün özünüzü sevilən və dəyərli hiss edəcəksiniz.

Buğa:
Sevdiyiniz və güvəndiyiniz insanlarla birlikdə olmaq istəyə bilərsiniz. Ətrafınızdakı insanların əsl hissləri ilə maraqlana, özünüzü izah etmək və onları dinləmək istəyə bilərsiniz. Qısa səfərlər edə və səyahət zamanı bəzi problemlər yaşaya bilərsiniz. Baş verə biləcək qəzalara qarşı diqqətli olmalısınız.

Əkizlər:
Maddi resurslara və sahib olduğunuz dəyərlərə görə hərəkət edə bilərsiniz. İş həyatınızla bağlı gördüyünüz işlər nəticə verməyə bilər. Sosial dairənizdə səhv anladığınız məsələlər olacaq.

Xərçəng:
Bu gün qarşılaşdığınız hər kəslə ünsiyyət qurmaq ehtiyac duya bilərsiniz. Sizi emosional cəhətdən təhlükəsiz hiss etdirən insanlarla ünsiyyətdə olacaqsınız. Özünüzü izah etmək və hisslərinizi çatdırmaq istəyə bilərsiniz. Şəxsi qayğılarınızla bağlı uğurlu gün olacaq.

Şir:
Daha çox düşünmək və duyğularınızı gizlətmək ehtiyacı hiss edə bilərsiniz.

Qız:
Dostlarınızla ünsiyyətdə olmaq, bu gün sizin üçün çox yaxşı olacaq. Dostlarınız tərəfindən sevildiyinizi və dəyərli olduğunuzu görmək istəyə bilərsiniz və bu dəyəri zaman zaman ölçməyə çalışa bilərsiniz.

Tərəzi:
Bu  gün karyera və iş baxımından çox uğurlu gündür. Partnyorlarınızla fikir ayrılıqlarınız olsa belə, gələcək üçün biznesinizi inkişaf etdirmək imkanları yarana bilər.

Əqrəb:

İş həyatınızın intensivliyi sizi bir az yormuş ola bilər. Sağlamlıq və qidalanma məsələlərinə diqqət yetirməlisiniz.

Oxatan:
Bu gün çox emosional gündür. Bəzi münasibətlərin və duyğuların məntiqi çərçivəyə sığmaması sizi kədərləndirə bilər. Yaxınlarınızla bərabər olmaq və evdə vaxt keçirmək istəyə bilərsiniz. Etibar etdiyiniz insanların fikirlərindən bəhrələnə bilərsiniz. 

Oğlaq:
Partnyorunuzla xoş bir gün keçirə bilərsiniz. Biznes tərəfdaşlarınızla yeni layihələr və başlanğıclar üçün müsbət gündür.

Dolça:
İşçilər və işlədiyiniz insanlarla bağlı xəbərlər ala bilərsiniz. İş həyatınızda özünə inamınızı sarsıdacaq dialoqlar yaranacaq.

Balqlar:
Bu gün eşq həyatınız və uşaqlarınızla bağlı məsələlərə daha çox diqqət yetirə bilərsiniz. Şəxsi baxımınıza diqqət yetirə və yemək planınızla bağlı bəzi qərarlar verə bilərsiniz.

Loading...

Oxşar Xəbərlər