MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Müğənni qardaşının öldüyünü açıqladı

Türkiyəli müğənni Aşkın Nur Yenginin yeni il gecəsi yol qəzası keçirən qardaşı Ahmet Yenginin dünyasını dəyişib.

32gun.az xəbər verir ki, müğənni özü bu barədə açıqlama verib.

İntubasiya edilən Ahmet Yengi 2 aydır davam edən həyat mübarizəsində məğlub olub. 

Xatırladılır ki, Sənətçi Aşkın Nur Yenginin qardaşı Ahmet Yengi yeni il gecəsi Marmarisdə qəza keçirib və bütün müdaxilələrdən sonra reanimasiyaya aparılıb. Müalicə üçün İstanbula gətirilən Ahmet Yengi Süreyyapaşa Sinə Xəstəlikləri Xəstəxanasına yerləşdirilib.

Nişantaşıda görüntülənən Aşkın Nur Yengidən qardaşının son sağlamlıq vəziyyəti soruşulub. Ahmet Yenginin ölümünü açıqlayan ifaçı "Öldü. Yol qəzası. Psixoloji cəhətdən asan olmadı. Mekanı cənnətə gəlsin" deyib.

Nilay

Loading...

Oxşar Xəbərlər