İDMAN 20 XƏBƏR

BOK rusiyalıların 2024-cü il Olimpiadasının açılış mərasimində iştirakını qadağan ETDİ

Parisdə keçiriləcək Oyunların açılış mərasimində neytral idmançıların iştirak etməyəcək.

32gun.az bildiri ki, bunu  Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Milli Olimpiya Komitələri (MOK) ilə əlaqələr departamentinin direktoru Ceyms MakLeod deyib.

“Nümayəndə heyətinin paradında neytral idmançılar iştirak etməyəcəklər, çünki onlar neytraldırlar, lakin onlara bu tədbiri yaşamaq imkanı veriləcək. Bu, 1992-ci ildə Yuqoslaviya idmançılarının neytral statusda açılış mərasimində iştirak etdikləri prinsipdir. Bağlanış mərasimi ilə bağlı qərar daha sonra veriləcək”, - deyə MakLeod mətbuat konfransında bildirib.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

Lakin dekabrda BOK Rusiya və Belarusa 2024-cü il Olimpiadasında neytral statusda iştirak etməyə icazə verib. Eyni zamanda qeyd olunub ki, onlar SVO-ya dəstək verməməli və ya hərbi təşkilatlarla əlaqələri olmamalıdır. İdmançılar yalnız fərdi proqramlarda çıxış edə biləcəklər.
Ayxan 

Loading...

Oxşar Xəbərlər