DÜNYA 20 XƏBƏR

2000 ildən çox əvvələ aid çoxlu sayda qayaüstü rəsmlər aşkar edilib

Milli Tarix və Bədii İrs İnstitutunun (IPHAN) braziliyalı arxeoloqları ölkənin mərkəzindəki Tokantins əyalətində yerləşən Jalapao Milli Parkında 2000 ildən çox əvvələ aid çoxlu sayda qayaüstü rəsmlər aşkar ediblər.

32gun.az xəbər verir ki, bu barədə IPHAN nümayəndələri  Braziliya hökumət portalında məlumat veriblər .

Tədqiqatçıların fikrincə, Jalapaoda müstəmləkədən əvvəlki 16 arxeoloji abidə var. Görüntülərdə insan ayaq izləri, maral və vəhşi donuz fiqurları, göy cisimlərinə bənzəyən obyektlər çəkilib.

Əvvəlki ekspedisiyalar zamanı arxeoloqlar Jalapaoda qədim rəssamların alətləri ola biləcək keramika artefaktları və daş alətlər tapıblar.

Alimlər güman edirlər ki, qayaüstü təsvirlər iti daşlardan və ağac parçalarından istifadə edilməklə, rəngləyici piqmentlər isə dəmir filizinin üyüdülməsi və tozun heyvan və bitki mənşəli yağlarla qarışdırılması nəticəsində əldə edilirdi.

Arxeoloqlar qeyd ediblər ki, aşkar edilmiş qayaüstü rəsm və artefaktlar yerli yerli xalqların həyat tərzinə və mənəvi ənənələrinə işıq salmağa kömək edəcək.
Nilay

Loading...

Oxşar Xəbərlər