SOSIAL

"Yanar dağ"a gedən yol dağıldı, yerində göl əmələ gəldi - Ərazini keçmək ÇƏTİNLƏŞİR - VİDEO/FOTO

Abşeron rayonunun Məhəmmədi kəndində avtomobil yolunun bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb.

32gun.az xəbər verir ki, "Qəbiristanlıq yolu" adlanan istiqamətdə əsas magistralda yol tamamilə yararsız vəziyyətə düşüb, böyük çuxurların yaranmasına səbəb olub. Nəticədə yağan yağış qrunt suları ilə birgə məhz bu çuxurlara dolaraq nəqliyyatın hərəkətini daha da çətinləşdirir. 

Ərazidə çəkiliş apardığımız müddətcə bunu daha aydın şahidi olduq. Bir neçə minik avtomobili sürücüləri nəqliyyat vasitələrinin su ilə dolu çuxura düşərək ciddi zərər gördüyünü bildiriblər. Kənd sakinləri xüsusilə yağışdan sonra əraziyə yaxın gölün də daşaraq yolu basmasından sonra vəziyyətin daha da dözülməz olduğunu, ərazidən keçmək üçün uzun müddət növbə (tıxac) yarandığını sözlərinə əlavə ediblər.  

Qeyd edək ki, Məhəmmədi kəndində yerləşən “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” və XVII-XVIII əsrlərə aid Məhəmmədli kəndində yerləşən Əli daşı türbəsinə getmək üçün sözügedən yoldan istfadə edilir. Turistlərin ən çox baş çəkdikləri “Yanar dağ” yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salınıb. 

Yoldakı vəziyyəti əks etdirən kadrları təqdim edirik: titul.az

 

Loading...

Oxşar Xəbərlər