DÜNYA 20 XƏBƏR

20-ci əsrdə insan beyninin həcmində artım qeydə alınıb

Kaliforniya Universitetinin alimləri, 1930-cu ildən bəri insan beyninin həcminin təxminən 7% artdığını təsbit etdi. Bu dəyişiklik yaşa bağlı demensiyaya qarşı gücləndirilmiş qorunma təmin edir.
32gun.az bildirir ki, araşdırmanın nəticələri JAMA Neurology jurnalında dərc olunub .

Tədqiqatçılar 30-62 yaş arası 5209 kişi və qadında beyin həcmini ölçmək üçün beyin maqnit rezonans tomoqrafiyasından (MRT) istifadə ediblər. MRT-lərin 1999-2019-cu illər arasında aparıldığı qeyd edilir. Tədqiqat iştirakçıları 1930-1970-ci illər arasında anadan olublar.

Nəticələr 1930-cu illərdə doğulanların beyin həcminin orta hesabla 1234 millilitr olduğunu göstərib. 1970-ci illərdə doğulmuş insanlar üçün bu rəqəm təxminən 6,6% artımla 1321 millilitrədək yüksəlib.

Alimlər həmçinin aşkar ediblər ki, beyin həcminin artması gənc nəsillərdə demans riskinin azalması ilə əlaqələndirilir. Tədqiqatçılar bu "hipertrofiyanın" yaşla əlaqədar diqqət, yaddaş, reaksiya sürəti və digər bacarıqların azalmasının qarşısını almaq üçün daha böyük idrak ehtiyatı yaratdığını fərz etdilər.
Nilay

Loading...

Oxşar Xəbərlər