İDMAN 20 XƏBƏR

Olimpiya çempionu evlilik təklifi aldı

Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Adelina Sotnikova sevgilisi tennisçi Dmitri Popko ilə nişanlandığını açıqlayıb.

32gun.az bildirir ki, bu barədə olimpiya çempionu "instagram"da paylaşıb. 

O birlikdə çəkilmiş foto paylaşaraü bu sözləri  qeyd edinəb: 
"Mən dedim: "Bəli". 

Qeyd edək ki, cütlük artıq birlikdə uşaq böyüdür.

Sotnikova ilk dəfə 2022-ci il oktyabrın 30-da ana olub, oğlu dünyaya gətirib. Fiqurlu konkisürən sevgilisini uzun müddət ictimaiyyətdən gizlədib və yalnız 2023-cü ilin martında şəxsiyyətini açıqlayıb. Fiqurlu konkisürən ilk övladları üçün qeyri-adi ad seçdiklərini, bir çox variantın olduğunu, lakin Adrian üzərində qərarlaşdıqlarını söyləyib.

Sotnikova Rusiya tarixində fərdi yarışda qadın konkisürmə üzrə ilk Olimpiya çempionudur. Fiqurlu konkisürən iki dəfə - 2013 və 2014-cü illərdə Avropa çempionatında gümüş medal qazanıb, 2011-ci ildə gənclər arasında dünya çempionatının qalibi olub. Sotnikova dörd dəfə (2009, 2011, 2012 və 2014) ölkə çempionatının qalibi olub.

Sonuncu dəfə konkisürən peşəkar yarışlarda 2015/2016 mövsümündə iştirak edib, lakin o, onurğa əməliyyatı keçirdikdən sonra peşəkar karyerasını yalnız 2020-ci ildə bitirmək barədə son qərarını açıqlayıb.

Nilay

Loading...

Oxşar Xəbərlər