İDMAN 20 XƏBƏR

Xviça karyerasını "Barselona"da davam etdirə bilər

İtaliyanın "Napoli" klubunun hücumçusu Xviça Kvaratsxeliya Kataloniya "Barselona"sına keçə bilər.

32gun.az bildirir ki, bu barədə "AS" nəşri məlumat verib.

“Mavi qranat”ın nümayəndələri artıq 23 yaşlı forvardın ətrafı ilə əlaqə saxlayıblar.

Xatırladaq ki, Xviça Kvaratsxeliya 2022-ci ilin iyulunda Batumi "Dinamo"sundan "Napoli"yə keçib . Futbolçu mart ayında Kazan komandasından təlim-məşq toplanışı üçün Gürcüstan millisinə yollanıb və geri qayıtmayıb. Daha sonra "Rubin" futbolçu ilə müqavilənin dayandırıldığını açıqlayıb. Neapolluların tərkibində Kvaratsxeliya 2022/23 mövsümü üçün İtaliya çempionu olun.

Martın 26-da Gürcüstan Avropa çempionatının C yolunun son seçmə oyununda Yunanıstanı məğlub edib. Əsas və əlavə vaxt 0:0 hesabı ilə heç-heçə başa çatıb. Penaltilər seriyasında gürcülər daha dəqiq olub.

İtaliya çempionatının turnir cədvəlində "Napoli" 45 xalla səkkizinci yerdədir. İlk pillədə 79 xalla "İnter" qərarlaşıb. “Milan” 65 xalla ikinci yerdədir. İlk üçlüyü Turinin "Yuventus"u qapayır (57).

Ayxan

Loading...

Oxşar Xəbərlər