İDMAN 20 XƏBƏR

Çerışev “Real” və “Mançester Siti”ni müqayisə edib

İspaniyanın "Sportinq" klubunun sabiq futbolçusu, "Real Madrid"in uşaq komandasının keçmiş məşqçisi Dmitri Çerışev Çempionlar Liqasında "Mançester Siti" ilə Madrid matçı ərəfəsində bu komandaları müqayisə edib.

32gun.az bildirir ki, o yerli mediaya açıqlamasında onların praktiki olaraq eyni səviyyədə olduğunu bildirib.

“Həm "Real Madrid",  həm də "Manchester City" bərabər komandalardır. Əvvəllər komandanı ayıra bilirdik, Roberto Karlos , Bekhem, Zidan oynayanda bunu başa düşmək olardı. İndi isə hər iki komandanın çox səviyyəli oyunçuları var, ona görə də demək olar ki, eyni səviyyədədirlər.

Çempionlar Liqası oyunlarında klubun adı deyil, təcrübə üstünlük təşkil edir. Hazırda "Real Madrid"in daha çox səslənən adı var", - deyə Çerışev bildirib.

Mütəxəssis əlavə edib ki, hər iki komandaya böyük futbolçuları olan çox güclü məşqçilər rəhbərlik edir. Çerışevin fikrincə, futbolçuları hücumda şanslarından istifadə edən, müdafiədə daha bacarıqlı işləyən komanda qalib gələcək.
Ayxan

Loading...

Oxşar Xəbərlər