İDMAN

8 yaşlı Ruxsara iştirak etdiyi ilk xarici turnirdə bürünc medal qazandı (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Gürcüstanın paytaxtı Tiflisdə keçirilən "Venera Cup 2024" beynəlxalq turniri başa çatıb.

Qaynarinfo xəbər verir ki, İsrail, Gürcüstan, Özbəkistan və Türkiyə kimi 7 ölkəfən 250 gimnast iştirak etdiyi turnirdə "Prosport” gimnastika klubunun üzvü, 8 yaşlı üzvü Ruxsara Piriyeva bürünc medal qazanıb.

Bu yarış 8 yaşlı Ruxsara Piriyevanın ilk dəfə olaraq ölkə xaricində iştirak etdiyi beynəlxaq turnir olub.
Xatırladaq ki, ənənəvi beynəlxalq turnirin təşkilatçısı 4qat SSRİ çempionu Venera Zinurovna Zaripova olub.

"Venera Cup 2024” beynəlxalq turnirində Azərbaycan təmsilçisi olan "ProSport” klubun 29 üzvü iştirak edib. Klubun üzvü olan gimnastlar ümumilikdə 49 qızıl, 8 gümüş və 5 bürünc medalla yarışı sonlandırıblar.

Loading...

Oxşar Xəbərlər