İDMAN 20 XƏBƏR

Olimpiadada 2020-ci ildəkindən 8 dəfə az rusiyalı iştirak edəcək.

Ümumdünya Antidopinq Agentliyinin ( WADA) prezidenti Vitold Banka Parisdə keçiriləcək Olimpiya Oyunlarına gedə biləcək rusiyalıların sayı barədə danışıb.
32gun.az bildirir ki, onun açıqlamasını RİA Novosti yayıb .

“Olimpiadadan söz düşmüşkən, biz neçə neytral idmançının Oyunlara vəsiqə qazanacağını bilmirik, lakin ekspertlər 40 və daha çox idmançının olacağını proqnozlaşdırırlar. Tokioda Rusiya Olimpiya Komitəsindən 330 idmançı iştirak edib.

Rusiyadan Oyunlarda neytral statusda iştirak edə biləcək idmançılardan danışarkən, onlar yarış və yarışdankənar dövrlərdə sınaqdan keçirilir”, - deyə Banka bildirib.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

BOK bildirib ki, Oyunlarda iştirak etmək üçün Rusiya idmançılarından Olimpiya Xartiyasına, o cümlədən “Olimpiya hərəkatının dinc missiyasına” hörmət etmək öhdəliyini özündə əks etdirən yenilənmiş iştirak şərtlərini imzalamaları tələb olunacaq.

Ayxan 

Loading...

Oxşar Xəbərlər