İDMAN 20 XƏBƏR

“ Mançester Yunayted"in futbolçusu sosial şəbəkələrdə bəyənmələrə görə üzr istəyib

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın cinah oyunçusu Alejandro Qarnaçonun davranışı haqda danışıb .
32gun.az bildirir ki, onun açıqlamasını BBC yayıb .

“Alejandro öyrənməli çox şeyi olan gənc oyunçudur. O, bu hərəkətinə görə üzr istədi, biz davam edirik "deyə Ten Hag bildirib. 

Qarnaço sosial şəbəkələrdə Haqı tənqid edən yazını bəyənib. İngiltərə çempionatının 33-cü turunun "Bornmut"la matçında mentor fasilədə Qarnaçonu əvəzləyib. Komandalar 2:2 hesabı ilə bərabərə qalıblar. Bruno Fernandes dubla imza atıb .

İngiltərə Premyer Liqasının (APL) 33 turundan sonra 50 xalla "Mançester Yunayted" "Nyukasl"la 7-ci yeri bölüşür. Çempionatın lideri “Mançester Siti”dir. Pep Qvardiolanın komandasının 73 xalı var. Növbəti pillədə qərarlaşan “Arsenal” və “Liverpul” iki xal azdır.

Bu mövsüm argentinalı Premyer Liqada 30 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Yalnız portuqaliyalı Bruno Fernandesin ondan daha təsirli hərəkətləri var.
Ayxan 

Loading...

Oxşar Xəbərlər