DİGƏR

"İphone"nin bu funksiyası hər kəsi şoka saldı: Danışıqları dinləyə bilərsiniz

İPhone-nin üzə çıxan funksiyası hər kəsi şoka salıb. 

32gun.az xarici mediaya istinadən xəbər verir ki, gizli agentlərin öyrənməli olduğu məlumatları əldə etmək üçün artıq gizli texnoloji satıcılara getmək lazım deyil.

Sizcə, görüşdüyünüz insanlar ayrıldığınız zaman arxanızca danışırlar? Bunun üçün sizə sadəcə iPhone və bir cüt AirPods lazımdır.

Bir "TikTok” istifadəçisi tərəfindən paylaşılan xüsusiyyət sayəsində siz uzaqda olarkən arxanızca deyilənləri eşidə bilərsiniz.

'Woahguo” adlı istifadəçi bu funksiyadan iş yerində istifadə etdiyini və eşitdiklərindən çox təəccübləndiyini bildirib.

'Woahguo' adlı istifadəçi tərəfindən paylaşılan video isə bir anda məşhur olub, eyni zamanda bir çox istifadəçi bunu sınayacaqlarını bildirərək ona təşəkkür edib. Bunun üçün iPhone-un "canlı dinləmə” xüsusiyyətini açıq saxlamaq, telefonunuzu dinləmək istədiyiniz mühitdə buraxmaq, qulağınızda Airpod-larla uzaqlaşmaq kifayətdir.

Bu funksiyanı işə salmaq üçün siz parametrlər bölməsindən idarəetmə mərkəzinə daxil olmalı və "eşitmə” funksiyasını əlavə etməlisiniz. //azxeber

Loading...

Oxşar Xəbərlər