DÜNYA VİDEO

İran hökuməti Güney Azərbaycan əhalisinə "içməli su" əvəzinə "çirkab suyu" verir? -VİDEO

Son 10 gündür ki, Güney Azərbaycanın Tikantəpə bölgəsinin əhalisinə içməyə yararsız "içməli su" verilir.

"Azad İran" Telegram kanalı xəbər verir ki, bu cür çirkli su içmək məcburiyyətində qalan bölgə əhalisi, xüsusilə uşaqlar xəstələniblər.
Qeyd edək ki, Yaxın Şərqin ən böyük qızıl mədənləri Tikantəpədə yerləşir. Lakin burdan əldə edilən gəlirlərdən buranın əhalisinə heç bir pay düşmür. İran rejiminin məsul şəxsləri etnik ayrı-seçkilik səbəbindən sərvətlərdən əldə olunan böyük pulları həm öz ciblərinə qoyur, həm də farsların yaşadıqları bölgələrin abadlığına sərf edirlər. (oxu.az)

Loading...

Oxşar Xəbərlər