VİDEO

Reabilitasiya mərkəzindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Uşaqların işgəncə videosu - Ürəyi zəif olanlar baxmasın (YENİLƏNİB/VİDEO)

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb. 

Bu barədə Qaynarinfo-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır: "Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq".

***09.34

 

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

32gun.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun "Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb:

"Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.

 

Loading...

Oxşar Xəbərlər