DİGƏR

Doğuş otağında körpənin üzünü görən ailə xəstəxananı tərk edib (FOTO/VİDEO)

İngiltərədə yaşayan Cono Lankaster adlı şəxsin həyat hekayəsi eşidənləri kədərə boğub.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Lankaster doğulduqdan sonra ailəsi tərəfindən tərk edildiyini dilə gətirib.

Buna səbəb gəncin simasının digər insanlardan fərqli olması olub. Yanaq sümükləri olmayan Lankasterin çənəsi də inkişaf etməyib.

Doğumhanedeki bebeğin yüzünü gören aile, acil olarak hastaneyi terk etti

"Treacher Collins Sindromu" adlı sindromla doğulan bu şəxs hazırda eyni xəstəlikdən əziyyət çəkənlərə dəstək olmaq üçün xeyriyyə cəmiyyət qurub.

Cono Lankaster indiyə qədər yaşadığı problemlərin öhdəsindən necə gəldiyi barədə də məlumat verib. Jono, ailəsinin onu tərk etmə səbəbi ilə bağlı daima başqa hekayələr uydurduğunu və üzünə görə tərk edildiyinə inanmaq istəmədiyini söyləyib.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər