SOSIAL

Metroda elektrik enerjisi kəsilib?

Bakıda metronun "28 may" stansiyasında elektrik enerjisi verilişinin dayandırılması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bunu 32gun.az-a açıqlamasında Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, hazırda o özü metronun "28 may" stansiyasında, platformadadır: "Nə işıq kəsilib, nə də qatarların hərəkətində, stansiyanın fəaliyyətində hansısa problem var. Yayılan məlumatlar tam yalandır".

Xatırladaq ki, sosial şəbəkələrdə metronun "28 may" stansiyasında elektrik enerjisinin qəfil kəsilməsi və sərnişinlər arasında ajiotaj yaranması barədə məlumatlar yayılıb.
 

Loading...

Oxşar Xəbərlər