İDMAN

Ulduz futbolçu ilə bağlı fanatları üzəcək xəbər

"Bavariya"nın ulduz futbolçusu Sadio Mane aldığı zədə ilə əlaqədar dünya çempionatına qatıla bilməyəcək.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, Seneqal Milli Komandası ulduz futbolçunun heyətdə olmadığını açıqlayıb.

Xatıradaq ki, futbolçu DÇ-2022-nin startına iki həftə qalmış, Bundesliqanın 14-cü turunda "Verder"lə matçda zədə alıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Seneqal millisi dünya çempionatında A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər