EKONOMİKS

Azərbaycanda bu şəxslər 1000 manatdan çox MAAŞ ALACAQLAR

Azərbaycanda orta əməkhaqqı 830 manat olsa da, bəzi sahələrdə orta maaş səviyyəsi daha yüksəkdir. 

32gun.az xəbər verir ki, iqtisadiyyatın 6 sahəsində orta maaş səviyyəsi 1000 manatı, o cümlədən 2 sahədə 2000 manatı, bir sahədə isə 3000 manatı ötür.

Ən yüksək əməkhaqqı səviyyəsi olan sahə mədənçıxarma sənayesidir. Burada orta maaş 3250 manatdır (özəl sektorda 3921 manat, dövlət bölməsində 2104 manat).

Maliyyə və sığorta fəaliyyəti sahələrində orta maaş 2057 manatı keçir. Mədənçıxarma sənayesindən fərqli olaraq burada dövlət bölməsində maaşlar daha yüksəkdir. Belə ki, dövlət bölməsində orta maaş 2210 manat, özəl bölmədə 2018 manatdır. 

Daha 4 sahədə də maaşlar 1000 manatı keçir. Bunlar peşə, elm və texniki fəaliyyət (1395 manat: özəldə 1974 manat, dövlətdə 878 manat), informasiya və rabitə (1340 manat: özəldə 1528 manat, dövlətdə 1128 manat), dövlət idarəetməsi və sosial müdafiə-təminat (1176 manat: dövlətdə 1215 manat, özəldə 388 manat), nəqliyyat və anbar təsərrüfatı (1084 maat: dövlətdə 1121 manat, özəldə 1030 manat) sahələridir. 

Qarşıdakı aylarda orta maaş səviyyəsi 1000 manatı keçməyə namizəd olan daha bir sahə var. Bu sahə tikintidir. Tikinti sahəsində orta maaş 999 manatdır və yəqin ki, tezliklə 1000 manatı ötəcək. Tikintinin özəl bölməsində orta əməkhaqqı 1040 manat, dövlətdə 853 manat təşkil edir.

Loading...

Oxşar Xəbərlər