İDMAN 20 XƏBƏR

Məşhur güləşçi fanatlarını üzdü - Ayaqlarını hiss etmir

Əfsanəvi güləşçi Hulk Hoqan pərəstişkarlarını üzüb. 

32gun.az xarici KİV-ə istinadən bildirir ki, bel əməliyyatından sonra ayaqlarını hiss etməyən 69 yaşlı pəhləvan qoltuq dəyənəklər olmadan gəzə bilmir.

Bu barədə məlumatı Hoqanın özü kimi güləşçi olan dostu Kurt Angel verib.

Bir döneme damgasını vurmuştu! Efsane güreşçi Hulk Hogan'dan hayranlarını yıkan haber

Qeyd edək ki, Hulk Hoqan "dünyanın ən tanınmış güləş ulduzu və 1980-ci illərin ən populyar güləşçisi"dir.. 1977-ci ildə peşəkar güləş karyerasına başlayan Hoqan 1983-cü ildə Dünya Güləş Federasiyasına qoşulduqdan sonra dünya miqyasında tanınıb. Hoqan beş federasiya çempionluğu qazanıb. Eləcə də federasiya tarixində ikinci ən uzun rekorda sahib olub. O, həmçinin 1990 və 1991-ci illərdə ardıcıl Royal Rumble matçlarında qalib gələn ilk güləşçi olub. 

Bir döneme damgasını vurmuştu! Efsane güreşçi Hulk Hogan'dan hayranlarını yıkan haber

Məşhur güləşçi Hoqan aktyorluq da edib. 

1982-ci ildə "Rokki 3" filmində mənfi rolda çıxış edib. Daha sonra "No Holds Barred", "Suburban Commando" və "Mr. Nanny" kimi filmlərdə baş rolda oynayıb. Eləcə də üç televiziya şousu yer alıb.

Ayxan

Bir döneme damgasını vurmuştu! Efsane güreşçi Hulk Hogan'dan hayranlarını yıkan haber

Loading...

Oxşar Xəbərlər