DİGƏR 20 XƏBƏR

Yerdən çek tapan şəxsin həyatı dəyişdi - Ev, iş sahibi oldu

ABŞ-da küçədə yaşayan orta yaşlı kişi yerdən 10 min manatlıq çek tapıb.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, evsiz şəxs tapdığı çeki sahibinə qaytarmaq qərarına gəlib.

Belə ki, o, çekdə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlayaraq çek sahibinə məlumat verib.

Məlum olub ki, çek sahibi ABŞ-da bir neçə əmlak şirkətinin sahibi olan iş qadını imiş. Qadın çeki tapdığı üçün adıçəkilən şəxsi mükafatlandırıb. O, həmin şəxsə ev alıb. Daha sonra isə onu əmlak kurslarına yazdırıb. Kursdan məzun oluqdan sonra isə onu şəxsi şirkətlərindən birində işə götürüb. Hazırda həmin şəxs məşhur şirkətlərdən birinin meneceridir.

Ayxan

Loading...

Oxşar Xəbərlər