DİGƏR 20 XƏBƏR

"WhatsApp"dan YENİLİK

"WhatsApp" istifadəçilərinə yeni təklükəsizlik funksiyaları təqdim edib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, yeni funksiyalara - hesabın qorunması, cihazın doğrulanması və avtomatik təhlükəsizlik kodları daxildir. Bu da öz növbəsində istifadəçiyə aid hesaba icazəsiz girişin qarşısını alır və mobil cihazları zərərli proqramlardan qoruyur.

Şirkət həmçinin iki addımlı doğrulama və yalnız istifadəçinin özü tərəfindən açıla bilən ucdan-uca şifrələnmiş ehtiyat nüsxəsindən istifadənin vacibliyini vurğulayıb. Yeni təhlükəsizlik funksiyası hesabın qorunması prosesini ikiqat artırır və istifadəçilərdən hesablarını yeni cihaza köçürməzdən əvvəl köhnə cihazlarından yoxlamalarını tələb edir.

Bu funksiya Android üçün WhatsApp 2.22.17.22 beta versiyasında mövcuddur.

Qeyd edək ki, funksiyalar sınaqdan keçirildikdən sonra həm Android, həm də iOS istifadəçiləri üçün istifadəyə veriləcək.

Nurlan Şiraliyev

 

Loading...

Oxşar Xəbərlər