İDMAN 20 XƏBƏR

Benzemanın yeni klubu bəlli oldu

Əfsanəsi olduğu "Real Madrid"dən ayrılmaq qərarına gələn Kərim Benzemanın yeni klubu bəlli olub.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq qazanmış "Əl-İttihad"la anlaşıb.

İtalyan müxbir Fabrizio Romanonun xəbərinə görə, Kərim Benzema Səudiyyə Ərəbistanı çempionu "Əl-İttihad" klubu ilə 2+1 illik müqavilə imzalayıb.

Mundodeportivo-nun iddiasına görə isə 35 yaşlı fransız futbolçu Səudiyyə Ərəbistanında keçirəcəyi hər mövsüm üçün 100 milyon avro xalis maaş alacaq.

Bundan əlavə, Benzema Səudiyyə Ərəbistanının 2030-cu il dünya çempionatına namizədliyinin səfiri olacaq və buna görə təxminən 20 milyon avro mükafat alacaq.

Kərim Benzema Real Madriddəki 14 illik karyerasında 648 oyuna çıxıb, 354 qol vurub, 168 məhsuldar ötürmə edib.

Ölkəsi Fransada 4 dəfə ilin oyunçusu seçilən Benzema 2022-ci ildə Avropanın ən yaxşı oyunçusu seçilərək "Qızıl top" mükafatına layiq görülüb.

Ayxan

Karim Benzema Real Madrid

Loading...

Oxşar Xəbərlər