İDMAN 20 XƏBƏR

“İnstagram”da silahla şəkil paylaşan idmançının cəzası bəlli oldu (FOTO)

Mart ayında gecə klubunda rəqs edərkən çəkdiyi videonun bir hissəsində əlindəki silahı göstərən ABŞ basketbolçusu Ca Morant NBA İdarə Heyəti tərəfindən 25 oyundan uzaqlaşdırılıb.

32gun.az xəbər verir ki, bu barədə Amerika Basketbol Liqasının (NBA) İdarə Heyətindən açıqlama verilib.

Açıqlamada əlində silahla sosial mediada paylaşımlar etməyə davam edən Memfis Qrizzlisin bütün ulduz futbolçusu Ja Morantı 25 oyunluq cəzalandırdığını bildirilib.

 NBA-dan verilən açıqlamada eyni səbəbdən ötən mövsümün mart ayında 8 oyundan uzaqlaşdırılan Morantın dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq rəftarını dəyişmədiyi və təşkilatı izləyən azyaşlı uşaqlara pis nümunə olduğu bildirilib.
Bu dəfə cəza 25 oyuna yüksəldilib. Morantın mövsümöncəsi məşqdə iştirakına və yoldaşlıq görüşlərində oynamasına icazə verilməyəcək və 2023-2024 mövsümünün ilk 25 matçını buraxacaq. 
Morant 25 oyunluq müddətdən sonra psixoloji cəhətdən sağlam olduğunu göstərmək üçün yoxlamalardan keçə bilsə, oynamağa icazə veriləcək.

 Sosial media hesabında cəzasını dəyərləndirən 23 yaşlı oyunçu, "Nə qədər insanı incitdiyimi başa düşməyə vaxtım oldu. NBA-dan, Qrizzlilərdən, komanda yoldaşlarımdan və Memfislilərdən üzr istəyirəm" deyib.
"Bu mövsümöncəsi dövrdə psixoloji sağlamlığımı və qərar vermə qabiliyyətimi yaxşılaşdırmağa çalışacağam. Mən də məşqlərimi davam etdirəcəyəm və meydançaya qayıtmaq üçün çalışacağam. Ümid edirəm ki, daha yaxşı olmaq üçün lazım olan irəliləyişə nail olacağam. insan və başqa bir fürsət verilsə, bundan yaxşı istifadə edəcəm”- deyə qeyd edib.

Qeyd edək ki, Mart ayında gecə klubunda rəqs edərkən çəkdirdiyi videonun bir hissəsində əlindəki silahı göstərən ABŞ basketbolçusu görüntünü "İnstaqram" hesabından canlı yayımlayıb. Bu hadisədən sonra 8 oyunluq cəza aldıqdan sonra parketə qayıdan Morant bu dəfə mayda "instaqram"da canlı yayımda silahla poza verib və komandası tərəfindən qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırılıb. 
Morant ötən mövsüm pley-off oyunlarında orta hesabla 24,6 xal, 7 asist və 6,8 ribaund əldə edib.

Ayxan

Loading...

Oxşar Xəbərlər