İDMAN 20 XƏBƏR

Məşhur futbolçu həyat yoldaşını ölümlə hədələdi

Fransalı futbolçu həyat yoldaşını öldürməklə hədələdiyi üçün saxlanılıb. 

32gun.az xəbər verir ki, İngiltərə Premyer Liqa komandalarından olan "Fulhem"də çıxış edən seneqal əsilli fransız futbolçu İssa Diop axşam saatlarında Tuluza şəhərində tutulub. Diopun boşanma mərhələsində olan həyat yoldaşını dəfələrlə öldürməklə hədələdiyi məlum olub.

Uzun müddətdir davam edən boşanma mərhələsində iki tərəf arasında tez-tez problemlər yaşandığı, Diopunun arvadının külli miqdarda təzminat tələb etməsi üzə çıxıb.

Təhdidlərə dözməyən qadın polisə həyatının təhlükədə olması ərizəsi ilə müraciət edərək Diopodan şikayətçi olub. Lakin Londonda olan futbolçunu həbs etmək mümkün olmayıb. Mövsüm bitdikdən sonra Tuluzaya gələn futbolçu oteldə saxlanılıb.

İlkin məlumata görə, 26 yaşlı futbolçu İssa Diop açıqlamasında sözlərinin və təhdidlərinin ciddi olmadığını bildirib.

Aysel Şirinova

Loading...

Oxşar Xəbərlər