İDMAN 20 XƏBƏR

Messinin ərəblərlə anlaşdığı üzə çıxdı - 3 illik 25 milyon dollar

Sonuncu dəfə Fransa nəhəngi PSJ-də forma geyinən və Ərəbistana səfər etdiyi üçün klubdan qalamaqallı şəkildə ayrılan Lionel Messi ilə bağlı yeni xəbər yayılıb.  

Lionel Messinin bu səfərdə Səudiyyə Ərəbistanı ilə anlaşdığı ortaya çıxıb.

32gun.az  bildiir ki, bu barədə "New York Times" məlumat yayıb. Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanının turizm səfiri olan L.Messi ailəsi ilə Səudiyyə Ərəbistanındakı tətili və ölkəni tanıtmaq üçün 3 il ərzində  sosial şəbəkələrdəki paylaşımları üçün 25 milyon dollar qazanacaq. 

Xəbərdə 2022-ci ilin may ayında Səudiyyə Ərəbistanına səfərinin nazirliklə əməkdaşlığının başlanğıcı olduğu və o vaxt paylaşdığı fotodan sonra 2 milyon dollar qazandığı bildirilib.

Hər kəsin təəccübünə səbəb olan müqavilənin şərtləri belədir:

İldə ən azı beş günlük məzuniyyət və ya hər 2 ildən bir, hər biri 3 günlük məzuniyyət üçün 2 milyon dollar ödəniləcək. 

Bundan əlavə, Messi və 20-yə yaxın ailə üzvünün və beşulduzlu oteldə qalma xərcləri ölkə hökuməti tərəfindən qarşılanacaq.

Futbolçu bayramdan başqa sosial media hesabında ildə 10 dəfə Səudiyyə Ərəbistanını tanıtmaq üçün paylaşım edəcək və bunun müqabilində 2 milyon dollar qazanacaq.

Xeyriyyə və icma müraciəti üçün 2 milyon dollar odəniləcək. 

Xatırladaq ki, Lionel Messinin PSJ-dən sonra Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasına getməsi ilə bağlı söhbətlər var idi, lakin o, "İnter Mayami"yə keçməyə qərar verib.

Ayxan 

 

 

 

 

Loading...

Oxşar Xəbərlər