KRİMİNAL 20 XƏBƏR

Abxaziyada məşhur iş adamını öldürən AZƏRBAYCANLI görün kim imiş

 

Uzun illər əvvəl Abxaziyaya gedərək orada məskunlaşan türkiyəli iş adamı Rıdvan Hanipa paytaxt Suxumidə iki nəfərin silahlı hücumu nəticəsində həyatını itirib. 
32gun.az-ın məlumatına görə, biri Özbəkistandan, digəri Azərbaycandan olan iki şəxsin silahının gülləsinə tuş gələn Hanipanın ölümündən sonra Abxaz polisi hərəkətə vəziyyətinə keçib. 
Məlumata görə, məşhur iş adamı Ridvan Hanipa Abxaziyada dəfn olunacaq. 
Abxaziya Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin və polis əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Suxumidə baş vermiş Ridvan Hanipanın qətli ilə bağlı iki şübhəli saxlanılıb. Abxaziyanın Qal bölgəsində əməliyyat keçirilib. Aparılan araşdırmalar nəticəsində Qal şəhərinin Tereşkova küçəsində gizlənən Azərbaycan vətəndaşı 25 yaşlı Əli İbrahimov və Özbəkistan vətəndaşı 31 yaşlı Otobek Salomov saxlanılıb.

Ayxan

 

Loading...

Oxşar Xəbərlər